Əhməd Əl Şaraanın bahalı saatı diqqət çəkdi

media-hightechnic-468x90

Suriyada on ildir davam edən vətəndaş müharibəsində yüz minlərlə insan həlak olub, eyni sayda insan yaralanıb. Milyonlarla vətəndaş qaçqın kimi evlərini və ölkələrini tərk etmək məcburiyyətində qalıb.

Yenicag.az xəbər verir ki, vətəndaş müharibəsində HTŞ-nin rəhbərlik etdiyi qruplar sonda Bəşər Əsəd hökumətini devirərək hakimiyyəti ələ keçiriblər.

Suriya xalqı yoxsulluq içində yaşayarkən, müvəqqəti administrasiyanın prezidenti Əhməd Əl Şaraanın dəbdəbəsi diqqətdən yayınmayıb. Suriya prezidenti Əhməd Əl Şaraanın 2,3 milyon TL (93 380 AZN) dəyərində olan qol saatı sosial mediada trend mövzusu olub.

Belə ki, Şaraanın saatının dünyanın ən məşhur və dəbdəbəli saat markalarından biri olan “Patek Philippe World Time 5230P” olduğu və onun hazırkı qiymətinin 100.000-130.000 dollar arasında olduğu məlum olub. Platin korpusu və mavi siferbatı ilə bu saat dünyanın ən dəbdəbəli saatlarından biridir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa