Əhməd əş-Şaraa HƏDƏFDƏ: İsrailin mesajı gözləniləni VERDİ?

media-hightechnic-468x90

“Suriya ilə İsrail arasında baş verəcək mümkün bir müharibə isə yalnız iki ölkə ilə məhdudlaşmaya bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu bildirib.

media-20230124032017_photo31v2rq-1

Ekspert İsrail və Suriya arasında son günlər artan gərginliyi şərh edib:

“Suriya ilə İsrail arasında baş verəcək mümkün bir müharibə isə yalnız iki ölkə ilə məhdudlaşmaya bilər. Bu cür qarşıdurma, xüsusilə Yaxın Şərq kimi geosiyasi baxımdan həssas bir bölgədə, tezliklə regional və hətta beynəlxalq münaqişəyə çevrilə bilər. Bu ilk növbədə İranın təkrar Suriyada aktivləşməsinə təkan verə bilər. Bu isə yalnız yeni hökumətə deyil, İsrailin də maraqlarına cavab vermir. Təl-Əviv bu məqamı gözardı etməməlidir. Unutmaq olmaz ki, İsrail üçün uzun illər əsas təhlükə məhz İranın Suriyadakı mövcudluğu olub. Bu mövcudluğa isə məhz yeni iqtidar dönəmində son qoyuldu. Eyni zamanda Suriyada başlaya biləcək proses ərəb ölkələrinə, birbaşa Livan və İraqa da öz təsirini göstərə bilər. Bu isə miqyasın böyüməsi deməkdir ki, bu da tərəflərin heç birinin marağına cavab vermir”.

V. Zifəroğlu qeyd edib ki, ABŞ İsraili zaman-zaman müdafiə etsə də, bu qarşıdurmanın böyüməsini istəmir:

“ABŞ İsrailin təhlükəsizliyini qırmızı xətt hesab etsə də, rəsmilərinin son açıqlamalarından da görünür ki, müharibədə maraqlı deyillər və İsrailin son eskalasiyasında narazıdırlar. Türkiyə Suriyada hərbi mövcudluğa malikdir, yeni iqtidarı dəstəkləyir, Suriyada yeni müharibədə maraqlı deyil və qarşıdurmanın dərinləşəcəyi təqdirdə kənarda qalmayacaq”.

Müharibənin geniş miqyas alacağı təqdirdə onun genişlənəcəyini bildirən ekspert Suriyada müxtəlif qrupların aktivləşəcəyini istisna etmir:

“Suriya ilə İsrail arasında baş verəcək hərbi münaqişə sürətlə regional müharibəyə çevrilə bilər. Xüsusilə Suriyada, eləcə də bölgədə marağı olan qüvvələrin iştirakı bu gərginliyi çoxqütblü qarşıdurma halına sala bilər”.

İsrailin son hücumlar zamanı Suriyanın keçici hökumət rəhbəri Əhməd Əş-Şaraanın da lazım gəlsə, öldürüləcəyini açıqlamasını şərh edən V. Zifəroğlu bunun baş verəcəyi halda yaranacaq ciddi təhlükələri də sadalayıb:

“İsrailin Suriya prezidenti Əhməd əş-Şaraanı qətlə yetirməsi və ya bu istiqamətdə plan qurması böyük geosiyasi nəticələr və risklər doğura biləcək addım olardı. Belə bir təhlükəli riski gözə alacaqları inandırıcı deyil. İsrailin Suriya prezidenti Əhməd əş-Şaraanı qətlə yetirməsi ehtimalı tam real görünmür, amma psixoloji və strateji təzyiq vasitəsi kimi istifadə olunur. İsrail daha çox lokal zərbələr, kəşfiyyat əməliyyatları və druz icmaları ilə əməkdaşlıq vasitəsilə rejimə təzyiq etməyə çalışacaq”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600