“Əjdər Tağızadə Güney üçün cibindən 1 manat xərcləməyib”

media-hightechnic-468x90

11146131_10205423221692733_68677708_nDünya Azərbaycanlıları Konqresinin funksioneri Samir Adıgözəllinin Yenicag.az-a müsahibəsi

 

 

 

– DAK-ın fəaliyyəti ilə bağlı qurultay keçirildi. Qurultayla bağlı istərdik ki, məlumat verərdiniz?

– Məlum olduğu kimi 13-cü qurultay ayın 18-i və 19-u İstanbulda keçirildi. Azərbaycan mediasında, o cümlədən Türkiyə mediasında geniş şəkildə işıqlandırıldı Qurultay “Bengitürk” telekanalı tərəfindən birbaşa transilasiya ilə verildi. Qurultay dünya azərbaycanlılaır konqresinin yeni rəhbərliyini, idarə heyətini, strukturlarını seçdi. Ən mühüm isə qondarma “erməni soyqırım”ı ilə bağlı geniş müzakirələr aparıldı. Qurultayda Türkiyədən, Azərbaycandan, o cümlədən digər ölklərdən nümayəndələr iştirak ediridlər. Hesab edirəm ki, DAK-ın bu qurultayını ən uğurlu qurultaylardan biri hesab etmək olar.

– Uzun illər DAK-ın Daimi Şurasının sədri olmuş Əjdər Tağızadə bu qurultayı kommunist partiyasının toplantılarına bənzədir və tanınmayan adamların ona qarşı təxribat törətmək üçün İstanbula aparıldığını bildirir. Buna münasibətiniz necədir?

– Əjdər Tağızadə bu qurultayda kürsüyə çıxaraq təmkinli çıxış etdi. Bundan sonra DAK-dakı fəaliyyətini dayandırdığını mandatını Divana təqdim etdiyini bildirdi.Qurultayda hərkəs öz sözünü dedi. O cümlədən Əjdər Tağızadə də fikirlərini bildirdi. Qurultaydan bir ay keçməmiş qısa bir zamanda nə dəyişdi ki Əjdər Tağızadə bu formada çıxış edib qurultaya kölgə salmağa çalışır? Qurultayın antidemokratik keçirilməsini hesab edirdisə, DAK Daimi Şurasının sədri olaraq, fikirlərini bildirə bilərdi. Digər tərəfdən təsadüfi adamların qurultayda iştirak etdiyini bildirir. Qurultaydan çoxsaylı fotolar var, eyni zamanda video görüntülər var. Türkiyə mətbuatından kifayət qədər nümayəndələr iştirak edib. Videogörüntülərdən izləyib baxmaq olar ki, qurultayda təsadüfi adamlar var, yoxsa bunlar DAK qurultay nümayəndələr idi. Bu da hesab edirəm ki, bu yanlış fikirdir. Ən nəhayəti məni narahat edən məsələ Əjdər Tağızadənin “mənə qarşı hücum olacaqdı” fikridir. Başa düşmürəm, DAK-ın indiyə qədər olan qurultaylarında kimə qarşı hücum olub?!  Əjdər Tağızadə bu addımı atmamalı idi. Özünün şəxsi maraqlarını təmin edə bilmədiyinə görə, bu kimi çıxışlar etmək ən azından yaşına yaraşmır.

– Belə çıxır ki, Əjdər Tağızadə DAK-a obyekt kimi baxıb?

– Əjdər Tağızadənin məntiqindən belə çıxır ki, mən bu gün DAK-da yoxamsa, DAK- da yoxdur. DAK-I fəaliyyətsizlikdə ittiham etmək haqsızlıqdır. Yəni, bunu bilmək istəyənlər internetdən baxa bilərlər. Hansı ki, həmin tədbirlərin bir çoxunda Əjdər Tağızadənin çıxışları var. Əjdər Tağızadə xaricdə keçirilən tədbirlərin  çoxunda iştirak edib. Onun “DAK-ın heç bir fəaliyyəti olmayıb” deməsi çox böyük haqsızlıqdır. DAK Güney Azərbaycan fəallarının hüquqlarını qorunması ilə bağlı kifayət qədər tədbirlər keçirib. Kifayət qədər piketlər keçirilib, bəyanatlar qəbul olunub.  Digər tərəfdən Əjdər Tağızadənın deməsi ki, deməli DAK İrana qarşı mübarizə təşkilatıdır. Bu tamamilə yanlış fikirdir. DAK İrana qarşı mübarizə təşkilatı kimi yaranmayıb. Əjdər Tağızadə bildirir ki, Sabir Rüstəmxanlı özünün siyahısını təqdim edərək seçkilər keçirir. Bu tamamilə ədalətsiz fikirdir. Qurultayın qərar qəbul edirsə, bu şəffaf şəkildə həyata keçirilir. Bundan narahat olmaq lazım deyil. Ancaq müəyyən adamlar məqsədli şəkildə İstanbulun köşələrində oturmuşdular ki, DAK-ın qurultayını dağıtsınlar. Özlərinin çirkin məqsədlərinə nail olmaq istəyirdilər ki, bacarmadılar. O insanları uduzmağının səbəbidir ki, Əjdər Tağızadəni bu cür danışdırırlar.

Səftər Rəhimli ilə Əjdər Tağızadənin bir müddət öncə münasibətləri kəskin idi. Bu şəxslərin yenidən bir araya gəlməsi nəyin göstəricisidir?

– Bu gün bir daha aydın olur ki, DAK-ı dağıtmaq istəyən qara qüvvələr yenidən aktivləşib. Əjdər Tağızadənin nəinki Səftər Rəhimli ilə, ümumiyyətlə, Güneydən olan heç bir həmsədrlə münasibətləri yaxşı olmayıbdır. DAK-ın 2008-ci ildəki qurultayını hamımız xatırlayırıq. Həmin dönəmdəki parçalanma dönəmində  bütün proseslərin mərkəzində Əjdər Tağzadə var idi və o yenidən ortaya çıxır?– Əjdər Tağızadə daim DAKın içərisində bir qurultay ərəfəsində münaqişə yaradırdı, daha sonra həmin proseslərdə sanki aranı sakitləşdirən adam rolunda olurdu. Əslində özünü qorumaq üçün bunları edirdi. Əjdər Tağızadəyə sual vermək lazımdır ki, Güney Azərbaycan üçün nə iş görüb? Daimi Şura nə işlə məşğul olubdur? Əjdər Tağızadə bu günə qədər bir manat cibindən Güney məsələsi ilə bağlı  xərcləməyib. Sabir Rüstəmxanlı 20-dən artıq tələbəni oxudub, onların problemləri ilə maraqlanıb.

Onun sözündən belə çıxır ki, DAK partizan təşkilatına çevrilsin, Sabir Rüstəmxanlı komandan olsun.  Sabir Rüstəmxanlı ziyalıdır, görkəmli şəxsiyyətdir.. Sabir bəy dünya çapında fəaliyyət göstərir. Əjdər Tağzadə bildirir ki. Sabir Rüstəmxanlı DAK-ın rəhbərliyini əlinə alıb və Bakıya köçürüb. Bu əsassızdır. Əjdər Tağızadə də qurultayda da bu səpkidə çıxış etdi. Onun çıxışı Güney və Quzeyi bölür. Məhz buna xidmət edir. Biz Bütöv Azərbaycan uğrunda vuruşmalıyıq. Birdəki Əjdər Tağızadə Güney  Azərbaycan  sərhədlərini necə müəyyənləşdirir?! Necə deyə bilər ki, Yardımlı Güney Azərbaycan deyil?! Mən fikirləşirdim ki, Əjdər Tağızadə bir fəaliyyəti olmasa da, bu günə qədər quru millətçiliklə məşğul olur.  Onun məsələlərə bu cür yanaşması bəzi şeylərdə qorxu yaradır. Qorxuludur ki, bu gün o, Azərbayan Respublikasında sərbəst gəzə bilir. O zaman Heydər Əliyev onu İran rejiminə təhvil vermədi. Bu gün də İlham Əliyev səni Azərbaycanda  qoruyur saxlayır. Bütün bunları niyə mətbuata açıqlamırsan

– DAK güneydən imtina edib?

– Millət bötüvdür, kimsə bunu parçalaya bilməz, kimsə də Azərbaycan Respublikasında olan ziyalıları kiçik görə bilməz. Heç nəyi say hesabı ilə aparmasınlar. DAK Azərbaycanın bütöv problemlərinə yanaşan bir təşkilatdır. Heç kim deyə bilməz bizlər Güneydəki proseslərdən xəbərsizik. DAK bir inqilabi təşkilatı deyil. DAK bir diaspora təşkilatıdır. DAK  hər  bir azərbaycanlıların səsini dünyaya çatdıran təşkilatdır.

Kamran ƏDALƏTOĞLU

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600