!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekoloq: “Təbiəti çirkləndirməyin cəzası cərimə ilə həll olunmamalıdır”

!Reklam – Yazi

“Daim ətrafı zibilləyərək təbiətə böyük ziyan vururuq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, belə hallar dünyanın dörd bir tərəfində baş verir:

“Təbii ki, belə hallar tək Azərbaycanda ,yox, dünyanın dörd bir tərəfində belədir. Belə ki, Rusiya, Avropa, ABŞ-də belə vəziyyətlər çox yaşanır. Bundan əlavə, digər ölkələrdə ətrafı çirkləndirən insanlar tək cərimə ilə yox, müxtəlif hüquqi cəzalarla cəzalandırılırlar. Lakin Azərbaycanda bu cəza yalnız cərimə ilə kifayətlənir. Bu səbəbdən, daha keyfiyyətli və başqa çıxış yolları tapmaq lazımdır”.

Ekoloq ətrafın çirklənməsini, meşələrin qırılmasının gətirəcəyi fəsadlardan da danışıb:

“Ümumiyyətlə, belə hallar ölkəmiz üçün böyük fəsadlara səbəb ola bilər. Belə ki, meşələrin qırılması, ilk növbədə, insanlara ziyandır. Ağacların çox olması insanların sağlamlığının müsbət olmasına da böyük təsir göstərir. Suların çirklənməsi içməli su ehtiyatlarımızın bitməsinə, suda yaşayan heyvanların məhv olmasına gətirib-çıxaracaq. Tək bunlarla bitmir, plastik qabların ətrafa atılması torpaq qatları üçün çox təhlükəlidir. Bu da öz növbəsində təsərrüfata mənfi təsir göstərir. Odur ki, hər bir vətəndaş təbiəti qorumalı, onun qayğısına qalmalıdır. Çünki hər bir insan təbiətin məhsullarından istifadə edərək inkişaf edir”.

Mayıl Soltanov

COP29

www.yenicag.az

87
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv