Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ekspertdən prokurorluğa çağırış: "Uçan körpüdə çay məcrasına ciddi müdaxilələr olub"

“Respublika əhəmiyyətli avtomobil yolunun keçdiyi strateji əhəmiyyətli körpünün adi mövsümi sel nəticəsində uçması səbəbləri mütləq cinayət işi çərçivəsində prokurorluq və digər orqanlar tərəfindən də araşdırılmalıdır”.

Yenicag.az xəbər verir ki, bunu hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov deyib.

O bildirib ki, əsas hədəf körpü yaxınlığındakı çay yatağında qanunsuz fəaliyyətin, o cümlədən daş-çınqıl karxanalarının yaradılması olmalıdır.

“Xatırladıram ki, “Avtomobil yolları haqqında” Qanuna əsasən, körpülərdən hər iki istiqamətdə 1 kilometrlik zonada çay yatağında yol işlərindən kənar bütün işlər, xüsusən də çınqıl çıxarılması qadağandır.
Göyçaydan gələn məlumatlara əsasən, uçan körpü ətrafında çay məcrasına ciddi müdaxilələr olub…”, – ekspert qeyd edib.

Qeyd edək ki, ötən gün axşam saatlarında sel suları nəticəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərində yerləşən avtomobil körpüsü uçub.

www.yenicag.az

2565
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100