Əl-Bab döyüşlərində daha bir türk hərbçi öldü

media-hightechnic-468x90

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Əl-Bab bölgəsində apardığı “Fərat qalxanı” əməliyyatı çərçivəsində daha 1 əsgər həlak olub, 10-u yaralanıb.

Yaralı əsgərlər Türkiyənin Kilis şəhərindəki xəstəxanaya çatdırılıb.

Yeniçağ.Az-ın məlumatına görə, bölgənin İŞİD terror qruplaşmasından azad edilməsi üçün artıq iki gündür qızğın döyüşlər gedir.

Ötən gün döyüşlərdə 5 türk hərbçi həlak olmuşdu.

Qeyd edək ki, “Fərat qalxanı” əməliyyatı başlayandan Türkiyə 62 hərbçisini itirib.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600