!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əl-Cəzirə” rəsmisi BAMF-ın fəxri mükafatına layiq görüldü - FOTOLAR

!Reklam – Yazi

İyulun 19-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində “Əl-Cəzirə” Media Şəbəkəsinin İnsan Hüquqları və İctimai Azadlıqlar departamentinin rəhbəri Sami Əlhaca BAMF – ın fəxri mükafatının təqdimetmə mərasimi keçirilib. 

Yenicag.az xəbər verir ki, ömrünün 7 ilini Quantanamo həbsxanasında ağır məhbus həyatı yaşamış “Əl-Cəzirə”nin əfsanəvi jurnalisti Sami Əlhaca bu mükafat BAMF ilə “Əl-Cəzirə” Media Şəbəkəsi arasındakı çoxillik əməkdaşlığın inkişafına və regiondan obyektiv informasiyanın beynəlxalq miqyasda yayılmasına göstərdiyi  xüsusi xidmətlərinə görə təqdim olunub. Fəxri mükafatı BAMF prezidenti Umud Mirzayev təqdim etmişdir.

Məlum olduğu kimi, BAMF 2012-ci ildən dünyada nüfuzlu media şəbəkələrindən biri olan “Əl-Cəzirə” ilə müxtəlif tədbirlər, konfranslar və qlobal təşəbbüslər çərçivəsində sıx əməkdaşlıq edir. Bu gün “Əl-Cəzirə” nəinki telekanalları, eləcə də araşdırma mərkəzi, sənədli filmlər, sosial proqramları vasitəsi ilə bütün Yaxın Şərqdə fəaliyyət göstərən media qurumlarının öncüllərindəndir. Bu Media Şəbəkəsi münaqişə bölgələrindən informasiyaların operativ şəkildə dünyaya çatdırılması, regiondan olan ən mühüm xəbərlərin, reportajların obyektiv yayımlanması ilə yanaşı, jurnalistlərin hüquqlarının qorunması, insan hüquq və azadlıqlarının təşviqi istiqamətində fəaliyyəti ilə də diqqət mərkəzindədir.

2019-cu ildə BAMF “Əl-Cəzirə” ilə birlikdə Azərbaycan haqqında 5 unikal təqdimat filminin hazırlanmasının əsas təşkilatçısı olmuşdur. Qarabağın azadlığı uğrunda 44 Günlük müharibə zamanı “Əl Cəzirə” media heyətini müşaiyət edən BAMF döyüş bölgələrindən 42 reportajın hazırlanmasında iştirak etmişdir. Həmçinin düşmənin təxribat-terrorçu fəaliyyətinə dair ilk beynəlxalq hesabatı 4 dildə hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bu fəaliyyətdə gündəlik olaraq 4 dildə xəbərlər yayımlayan BAMF-ın “Eurasia Diary” analitik portalı yaxından iştirak etmişdir. 2022-ci ilin mart ayında BAMF ilə Əl Cəzirə Media Şəbəkəsi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Bu əməkdaşlıq nəticəsində müxtəlif istiqamətlərdə jurnalistlər üçün 10-a yaxın birgə təlimlər təşkil olunmuşdur. Həmçinin “Əl – Cəzirə” Azərbaycanda mövcud mina problemi, islamafobiya və tolerantlıq mövzularına dair mütəmadi reportajlar hazırlamışdır. Bu ilin mart ayında iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi, BAMF – “Əl Cəzirə” dostluq əlaqələri, COP29, Qarabağa qayıdış və “Əl Cəzirə” telekanallarının Azərbaycan TV-lərində yayımlanması ilə bağlı geniş müzakirələr aparılmışdır. Bunun nəticəsi olaraq may ayında “Əl-Cəzirə” Media Şəbəkəsi ilə imzalanan yeni memoranduma əsasən, Azərbaycanda və regionda keçirilən önəmli tədbirlərin işıqlandırılması, yerli və beynəlxalq media nümayəndələri üçün təlimlərin təşkili və bir çox müxtəlif sahələrdə birgə tədbirlərin icrası nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Departament rəhbəri Sami Əlhaca BAMF – ın fəxri mükafatının təqdimetmə mərasimi “Əl-Cəzirə” Media Şəbəkəsinin rəhbərliyi daxil olmaqla 12 nəfərlik nümayəndə heyətinin iştirakı ilə baş tutub. Mərasimdə qurumun Baş direktoru Mostefa Souaq, Baş direktorunun ofis meneceri Ömər Cəlal Əl Baluşi, İngilis kanalının xəbərlər müdiri Salah Nejm, İngilis kanalının produseri Aysəba Umutlu, Media İnstitutunun direktoru xanım Eman əl Əmri, Araşdırmalar Mərkəzinin Media Tədqiqatları şöbəsinin rəhbəri Məhəmməd Erraji, Araşdırmalar Mərkəzinin Tədqiqat Meneceri Ezzedin Abdelmola, “Əl-Cəzirə”-nin “Sanad” Agentliyinin Rəqəmsal Xəbərlərin Toplanması və Təsdiqinin rəhbəri Əmr Elkazaz və “Mail and Guardian” (M&G) qəzetinin baş icraçı direktoru Tembisa Fakude iştirak ediblər.

Xatırladaq ki, “Əl-Cəzirə” – nin nüməyəndələri  20-22 iyul tarixlərində MEDİA Agentliyinin keçirəcəyi “Şuşa Qlobal Media Forumu”-da iştirak etmək üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunun vasitəçiliyi ilə Azərbaycana səfərə gəlib.

Əkbər Novruz

Ednews xəbər verir ki, ömrünün 7 ilini Quantanamo həbsxanasında ağır məhbus həyatı yaşamış “Əl-Cəzirə”nin əfsanəvi jurnalisti Sami Əlhaca bu mükafat BAMF ilə “Əl-Cəzirə” Media Şəbəkəsi arasındakı çoxillik əməkdaşlığın inkişafına və regiondan obyektiv informasiyanın beynəlxalq miqyasda yayılmasına göstərdiyi  xüsusi xidmətlərinə görə təqdim olunub. Fəxri mükafatı BAMF prezidenti Umud Mirzayev təqdim etmişdir.

Məlum olduğu kimi, BAMF 2012-ci ildən dünyada nüfuzlu media şəbəkələrindən biri olan “Əl-Cəzirə” ilə müxtəlif tədbirlər, konfranslar və qlobal təşəbbüslər çərçivəsində sıx əməkdaşlıq edir. Bu gün “Əl-Cəzirə” nəinki telekanalları, eləcə də araşdırma mərkəzi, sənədli filmlər, sosial proqramları vasitəsi ilə bütün Yaxın Şərqdə fəaliyyət göstərən media qurumlarının öncüllərindəndir. Bu Media Şəbəkəsi münaqişə bölgələrindən informasiyaların operativ şəkildə dünyaya çatdırılması, regiondan olan ən mühüm xəbərlərin, reportajların obyektiv yayımlanması ilə yanaşı, jurnalistlərin hüquqlarının qorunması, insan hüquq və azadlıqlarının təşviqi istiqamətində fəaliyyəti ilə də diqqət mərkəzindədir.

2019-cu ildə BAMF “Əl-Cəzirə” ilə birlikdə Azərbaycan haqqında 5 unikal təqdimat filminin hazırlanmasının əsas təşkilatçısı olmuşdur. Qarabağın azadlığı uğrunda 44 Günlük müharibə zamanı “Əl Cəzirə” media heyətini müşaiyət edən BAMF döyüş bölgələrindən 42 reportajın hazırlanmasında iştirak etmişdir. Həmçinin düşmənin təxribat-terrorçu fəaliyyətinə dair ilk beynəlxalq hesabatı 4 dildə hazırlayaraq dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. Bu fəaliyyətdə gündəlik olaraq 4 dildə xəbərlər yayımlayan BAMF-ın “Eurasia Diary” analitik portalı yaxından iştirak etmişdir. 2022-ci ilin mart ayında BAMF ilə Əl Cəzirə Media Şəbəkəsi arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Bu əməkdaşlıq nəticəsində müxtəlif istiqamətlərdə jurnalistlər üçün 10-a yaxın birgə təlimlər təşkil olunmuşdur. Həmçinin “Əl – Cəzirə” Azərbaycanda mövcud mina problemi, islamafobiya və tolerantlıq mövzularına dair mütəmadi reportajlar hazırlamışdır. Bu ilin mart ayında iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi, BAMF – “Əl Cəzirə” dostluq əlaqələri, COP29, Qarabağa qayıdış və “Əl Cəzirə” telekanallarının Azərbaycan TV-lərində yayımlanması ilə bağlı geniş müzakirələr aparılmışdır. Bunun nəticəsi olaraq may ayında “Əl-Cəzirə” Media Şəbəkəsi ilə imzalanan yeni memoranduma əsasən, Azərbaycanda və regionda keçirilən önəmli tədbirlərin işıqlandırılması, yerli və beynəlxalq media nümayəndələri üçün təlimlərin təşkili və bir çox müxtəlif sahələrdə birgə tədbirlərin icrası nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Departament rəhbəri Sami Əlhaca BAMF – ın fəxri mükafatının təqdimetmə mərasimi “Əl-Cəzirə” Media Şəbəkəsinin rəhbərliyi daxil olmaqla 12 nəfərlik nümayəndə heyətinin iştirakı ilə baş tutub. Mərasimdə qurumun Baş direktoru Mostefa Souaq, Baş direktorunun ofis meneceri Ömər Cəlal Əl Baluşi, İngilis kanalının xəbərlər müdiri Salah Nejm, İngilis kanalının produseri Aysəba Umutlu, Media İnstitutunun direktoru xanım Eman əl Əmri, Araşdırmalar Mərkəzinin Media Tədqiqatları şöbəsinin rəhbəri Məhəmməd Erraji, Araşdırmalar Mərkəzinin Tədqiqat Meneceri Ezzedin Abdelmola, “Əl-Cəzirə”-nin “Sanad” Agentliyinin Rəqəmsal Xəbərlərin Toplanması və Təsdiqinin rəhbəri Əmr Elkazaz və “Mail and Guardian” (M&G) qəzetinin baş icraçı direktoru Tembisa Fakude iştirak ediblər.

Xatırladaq ki, “Əl-Cəzirə” – nin nüməyəndələri  20-22 iyul tarixlərində MEDİA Agentliyinin keçirəcəyi “Şuşa Qlobal Media Forumu”-da iştirak etmək üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunun vasitəçiliyi ilə Azərbaycana səfərə gəlib.

Əkbər Novruz

 

COP29

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv