Əl-Qaidə rəhbəri azad edildi

media-hightechnic-468x90

1307203734_cd3df07e-68cd-4176-bf95-69caa116d14d-444x333ABŞ-ın Əl Qaidə rəhbəri olduğunu ehtimal etdiyi və uzun müddət həbsxanada saxladığı Əli Saleh Kahlah Əl Marri öz ölkəsinə göndərilib.

Yenicag.az müsavat-a istinadən bildirir ki, bu barədə ABŞ məhkumlar bürosu məlumat yayıb. ABŞ və Qətər hökumətləri isə hələlik Marrinin azad olması ilə bağlı hər hansı bilgi verməyib.

Marrinin ailəsi də bu xəbəri təsdiqləyərək, uzun müddətdir ABŞ-da həbsdə olan Əli Saleh Kahlah Əl Marrinin Dohaya döndüyünü bildirib. Marrinin qardaşı oğlu mətbuata verdiyi açıqlamada ötən şənbə əmisinin paytaxt Dohaya qayıtdığını deyib.

Xatırladaq ki, ABŞ-ın iddiasına görə, Marri 10 sentyabr 2001-ci ildə ABŞ-a daxil olub və 11 sentyabr hücumlarından sonra Əl Qaidə tərəfindən ediləcək digər hücumlarda aktiv vəzifə almağı gözləyirmiş.

ABŞ jurnalistləri isə Marrinin sərbəst buraxılmasını Obamanın vəzifəyə gəlməsi ilə əlaqənədirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600