Arzularını son mənzilə aparan XALQ ARTİSTİ: Ramiz Əzizbəylinin DOĞUM GÜNÜDÜR

media-hightechnic-468x90

Hər dəfə zəng edib hal-əhval tutanda, deyirdi, kaş ki, indi xəstə yatağında yox, çəkiliş meydançasında olardım… Ümidlə sağalacağı, ayağa qalxıb, tamaşaçılarının görüşünə yeni obrazları ilə qayıdacağı günü gözləyirdi. Bunun üçün çox səbirsizlənirdi…

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu gün Xalq artisti Ramiz Əzizbəylinin doğum günüdür… Ömrünün ən gözəl çağlarını xəstə yatağında, xəstəxana palatalarında keçirdi. İnsult, şəkər onu əldən salsa da, ümidlə yaşayırdı. Çəkiliş meydançasında yeni filmə çəkiləcəyi günü gözləyirdi. Amma düz deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Ramiz Əzizbəyli arzulayırdı, amma xəstəlik onu o hala salmışdı ki, arzularının ardınca getməyə nə taqəti qalmışdı, nə də enerjisi…

Bu gün onun yoxluğu ilə bizi 5 illik zaman kəsiyi ayırır. Aktyoru yad etmək üçün onun bir-birindən gözəl obrazları, çəkildiyi və çəkdiyi filmlər gəlib durur gözümüz önündə. Nə qədər ki, o filmlər yaşayır, Ramiz Əzizbəyli də ürəklərdə yaşayacaq və yaradıcılıq ömrünü davam etdirəcək.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05