Elçin Əzizov Böyük Teatrda çıxış edəcək

media-hightechnic-468x90

Mayın 9-dan 14-dək Rusiya Böyük Teatrında Cüzeppe Verdiyinin “Traviata” operası nümayiş etdiriləcək.

Yenicag.Az xəbər verir ki, mayın 10-da, 12-də və 14-də bu səhnə əsərində Jorj Jermonun partiyasını Azərbaycanın əməkdar artisti Elçin Əzizov ifa edəcək. Qeyd edək ki, Elçin Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, Sergey Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, Jorj Bizenin “Karmen”, Modest Musorqskinin “Boris Qodunov”, Cüzeppe Verdinin “Traviata”, “Don Karlos”, Aleksandr Borodinin “Knyaz İqor” operalarında, İohan Ştrausun “Yarasa” operettasında yaddaqalan obrazlar yaradıb.

Yeniçağ.az

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600