!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elçin Mirzəbəyli Ərəbuşağı və Padarqışlaq kəndlərində seçicilərlə görüşdü - FOTO

!Reklam – Yazi

Bu gün 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini Elçin Mirzəbəyli Ağsu rayonunun Ərəbuşağı və Padarqışlaq kəndlərində seçicilərlə görüşüb.

Yenicag.az xəbər veeir ki, görüşdə deputatlığa namizədin vəkili Elçin Şahbazov onun tərcümeyi-halı, keçdiyi yol haqqında seçiciləri məlumatlandırıb.

Görüşdə çıxış edən, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal deputatlığa namizəd Elçin Mirzəbəylinin peşəkar fəaliyyətindən söz açıb, onun yüksək mənəvi keyfiyyətlərə malik bir insan olduğunu bildirib.

Tanınmış jurnalist və ekspert Seymur Verdizadə isə qeyd edib ki, Elçin Mirzəbəyli öz öhdəliklərinə, prinsiplərinə sadiq qalan səmimi bir insandır və seçicilər ona etimad göstərəcəkləri təqdirdə öz işinin öhdəsindən məsuliyyətlə, yüksək peşəkarlıqla gələcək.
Daha sonra çıxış edən deputatlığa namizəd Elçin Mirzəbəyli qeyd edib ki, müstəqillik tariximizdə parlament seçkiləri ilk dəfədir ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var. Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd bildirib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata qurmalıdırlar.

Daha sonra deputatlığa namizəd seçki platformasının əsas istiqamətləri ilə bağlı seçicilərə məlumat verib, onların suallarını cavablandırıb.

COP29

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv