!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudovun dostu keçmiş rəisə qarşı - Məhkəmə çəkişməsi

!Reklam – Yazi

Ləğv prosesində olan “AGBank” ASC “Rövşad” MMC-ni məhkəməyə verib.

Yenicag.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsi hakimi Aytən Əliyevanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi kredit müqaviləsi üzrə mübahisələrdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Rövşad” MMC 7 sentyabr 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin qanuni təmsilçisi Bağırov Əlimuxtar Balağa oğludur.

“Rövşad” MMC 13 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində məlumatlar məhduddur. Yalnız o məlumdur ki, şirkət çörək istehsalı ilə məşğuldur. Hər halda “Lənkəran” qəzetinin 30 noyabr 2015-ci ildə dərc edilən 41-42-ci sayında qeyd edilib ki, “Rövşad” MMC gündəlik istehsal gücü 10 ton olan çörək zavodu tikir.

MMC-nin qanuni təmsilçisi Əlimuxtar Bağırov isə keçmiş məmurdur. O, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Lənkəran regional bölməsinin rəisi olub.

Əlimuxtar Bağırov 2019-cu ildə AQTA-nın bir neçə vəzifəli şəxsi ilə birgə işdən çıxarılıb. Bu barədə qurumun yaydığı məlumatda həmin şəxslərin, o cümlədən Əlimuxtar Bağırovun səmərəli fəaliyyət və sahibkarlıq subyektləri ilə münasibətdə şəffaf iş prinsiplərinə əməl etmədiyi qeyd edilib.

Əlimuxtar Bağırov həm də “İnter Audit” təşkilatında direktor-auditor vəzifəsində çalışır.

“Rövşad” MMC-ni məhkəməyə verən “AGBank” ASC isə keçmiş deputat Çingiz Əsədullayevin bankı kimi tanınır. Bu da bankda daha çox onun pay sahibi (33.57 faiz) olması ilə əlaqədardır.

Çingiz Əsədullayev həm də keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun dostu kimi yaddaşlarda qalıb. Onun siyasi və biznes karyerasının qürubu da Eldar Mahmudov vəzifəsində çıxarılandan sonra başlayıb.

COP29

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv