!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldar Mahmudovun həyat yoldaşı da işdən çıxarıldı? – FOTO

!Reklam – Yazi

3f6317e0-591b-4ef1-8b30-17b9a82d91b7_292Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yarandığı deyilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi Tahirə Mahmudova səhhəti ilə əlaqədar işə çıxmır. Bu barədə “Report”a AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib.

“O, hazırda məzuniyyətdədir”, – AHİK sözçüsü əlavə edib.

Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır.

T.Mahmudova 1960-cı ildə anadan olub. 1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra “Dənizneftqazlayihə” Elmi Tədqiqat və Layihə İnstitutunda baş mühəndis, 1987-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş mühəndis, 1994-2000-ci illərdə “Spektr” kiçik müəssisəsində aparıcı konstruktor, 2001-2003-cü illərdə “Səda” firmasında beynəlxalq iqtisadiyyat məsələləri üzrə məsləhətçi, 2003-2007-ci illərdə isə AGBank-da məsləhətçi vəzifələrində çalışıb.
2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışır. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür(Azpolitika).

www.yenicag.az

680
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv