Eldəniz Səlimovun deputatlığına xitam verildi

media-hightechnic-468x90

Milli Məclisin həbsdə olan deputatı Eldəniz Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Yenicag.az xəbər verir ki, bu barədə qərar Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən keçirilən prosesdə elan olunub.

Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.

Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputata 3 il 6 ay müddətinə hökm oxunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa