Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Elə adamlar var ki, ümumiyyətlə, danışmamalıdırlar, ancaq…” - Mirmahmud Mirəlioğlu

Reklam: High Technic

Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 28-ci ildönümü ərəfəsində bu təşkilatın qurulmasında və fəaliyyətində iştirakı olan şəxslər arasında “təftiş davası” yenidən qızışıb.

Yenicag.Az xəbər verir ki, Müsavat başqanı Arif Hacılının AXC-nin radikal qanadının liderləri haqqında səsləndirdiyi ittihamedici fikirlər milli-azadlıq hərəkatının tanınmış simalarını yenidən qarşı-qarşıya gətirib.

Müzakirələrə qatılan Rəhim Qazıyev, Nemət Pənahlı və digərləri onları hədəfə alan Müsavat başqanının vurğulanan fikirlərinə sərt reaksiya veriblər. Görünən budur ki, AXC-nin növbəti ildönümü hərəkatçıların yeni qovğası fonunda kölgədə qalacaq.

Bu barədə Yenicag.Az-a danışan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib ki, kiminsə hər hansı məsələ haqqında söylədiyi fikirlər tarixi dəyişmək gücündə deyil:

“Əgər biz bu vəziyyətimizdə də tariximizlə, keçmişimizlə bağlı eyni şeyləri təkrar-təkrar danışırıqsa, bizim sabahımız sual altındadır. Bu, artıq o deməkdir ki, biz yalnız dünənimizlə yaşayırıq və sabaha hazır deyilik. Bəli, qarşıdan Xalq Cəbhəsinin ildönümü gəlir. Ancaq kimlərsə çıxıblar ortaya və Milli Təşəbbüs-filan nə isə yaradıblar… Yaxşı, o nədir, bu nədir? Bilirsiz, elə adamlar var ki, onlar ümumiyyətlə, danışmamalıdırlar. Ancaq çıxıb danışırlar, onları susdurmaq mümkün deyil. Cəbhənin ildönümündə hamının bir arada olmasını istəmişik. Bunun üçün də çoxlarının edə bilmədiyi və ya etmək istəmədiyini gerçəkləşdirməyə çalışmışıq. Xatırladım ki, Cəbhənin 20 illik yubileyində AXC İdarə Heyətinin ilk iki tərkibinin üzvlərini dəvət etmişdik və onlar da iştirak etmişdilər. Həmin şəxslər bu gün hansı mövqedə dayanmalarından asılı olmayaraq, bizim üçün dəyərlidirlər. Düzdür, o şəxslərin bir çoxu yaradılmasında iştirak etdikləri Cəbhənin əleyhinə çıxdılar. Lakin bu, onların mövqeyidir, onların tərcümeyi-halıdır – özləri bilərlər. Məncə, indiki halda bu məsələlərə birdəfəlik son qoyulması daha məqbuldur. Amma kim nə danışsa da, tarix dəyişmir. Eyni zamanda, bəzi insanlar da, onların tərcümeyi-halları da olduğu kimi qalır. Ən doğrusu keçmişdə ilişib qalmaq yox, bu ölkənin sabahı üçün irəli getməkdir”.

A. Zeynalov
Yenicag.Az

www.yenicag.az

1271
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100