Mühacir qalmaqalı böyüməkdədir. Alman dövləti mühacir məsələsi ilə bağlı ciddi araşdırma aparmaqdadır. Miqrant işi üzrə daha çox Müsavat Partiyası rolu araşdırılır.
Almaniyada yaşayan azərbaycanlı mühacir Yafəz Həsənov “Mühacir alveri”ndə adı keçən Müsavat Partiyası rəhbər şəxslərinin və funksionerlərinin siyahısını açıqlayıb.
İsa Qəmbərin partiyanın oktyabrın 12-nə təyin edilmiş qurultayına bir neçə gün qalmış “Facebook”da paylaşdığı statusda başqanlığa namizəd Arif Hacılıya dəstək verməsi və nümayəndələri ona səs verməyə çağırması birmənalı qarşılanmayıb.