Ələt paytaxtdan ayrılacaq

media-hightechnic-468x90

eletBakı şəhəri Qaradağ rayonunun ərazisi sayılan Ələt qəsəbəsini yaxın gələcəkdə bir sıra dəyişikliklər gözləyir. Qəsəbə ilə bağlı planlara görə, Ələt paytaxtdan ayrılacaq və ayrıca inzibati vahid kimi formalaşacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev məlumat verib.

Bildirək ki, Bakının sənaye şəhər kimi inkşaf etməsi, şəhərin daxilində zavodların sayının artmasına gətirib çıxarıb. Bakının gələcək planında bu zavodların şəhərdən çıxarılması nəzərdə tutulub. Bura “Gəmi qayırma” zavodunun Qaradağ rayonuna köçürülməsi də aiddir. Həmin plana əsasən Qaradağ rayonunda yerləşən Ələt qəsəbəsinin ayrıca inzibati vahid kimi inkşaf etdirilməsi nəzərdə tutulub.

Komitə rəsmisinin sözlərinə görə, Ələt Azərbaycanın yeni logistik, ticarət və neft-qaz mərkəzi olacaq. Qəsəbənin coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi ölkənin əsas nəqliyyat xətlərinin buradan keçməsinə imkan verir.

Hazırda bu ərazidə beynəlxalq ticarət limanı tikilir, gələcək illərdə isə Səngəçal qəsəbəsində neft emalı kompleksi tikiləcək və neft-kimya məhsulları istehsalı işə salınacaq. Region tikinti məhsulları istehsal edən müəssisələrin yaradılması, o cümlədən yeyinti və tekstil sənayesi, balıqçılıq və digər sahələr üçün böyük potensiala malikdir. Ələt Bakının müasir, dinamik şəklidə inkişaf edən peyk şəhərindən birinə çevriləcək.

Hazırda layihə müvafiq dövlət orqanları ilə müzakirə olunur. 2030-cu ilə qədər dövrü əhatə edəcək son variant yaxın bir neçə ay ərzində təsdiq ediləcək.

(topnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600