Aparıcı Elgiz Əkbər oğurluqda ittiham etdiyi qonşusundan üzr istəyib.
Yenicag.az xəbər verir ki, aparıcı bağında olan oğurluğa görə qonşusunu polisə verib. O bildirib ki, araşdırmada oğrunun başqası olduğu ortaya çıxıb:
“Üzürxahlıq etmək istəyirəm. Bağımdan oğurluq olmuşdu. Oğru balaca bir yerdən girib, pəncərəni balaca açıq saxlamışdıq. Qonşum boynuna alıb ki, oğruyam. Həmin qonşu ondan əvvəl də həyətimdən oğurluq etmişdi. Hovuzun suyunu açmaq üçün krant almışdım. Zülmlə sifariş etmişəm, tapıb gətiriblər. Keçib həyətimə, onu açıb götürüb və dəmirsatanlara kiloqramla satıb. Necə əsəbiləşdim, amma keçdim. Öyrəndim ki, qonşuların toyuqlarını, soyuducudan yeməklərini aparıb.
Evim də soyulanda polis soruşdu kimdən şübhələnirsən? Dedim, həmin qonşudan. Təsəvvür edin pəncərədən girib, amma çıxa bilməyib. Divarı söküb, mənə nə qədər ziyan vurub. Polis gəldi, axtardı, amma nəticədə başqa adam çıxdı. Mənim evimdən əlavə 15 bağa girib. Hərə öz malını götürdü”.
www.yenicag.az