Elgünün yaxınları: “Ehtimallar çoxdur, hərə bir söz danışır” - VİDEO

media-hightechnic-468x90

Gəncədə döyülərək öldürülən 18 yaşlı Elgün İbrahimovun yaxınları danışıblar.

Yenucag.az-ın məlumatına görə, onlar Elgünün məktəbdə nümunəvi şagird olduğunu bildiriblər.

“Anası xəstə adamdır, pis vəziyyətdədir. Xəstəxanadan zəng gəldi. Gedəndə gördük ki, onu vəhşicəsinə döyüblər. Şərəf lövhəsində şəkli olan, nümunəvi uşaq idi. Cinayətkarların tutulmasını, başqa uşaqların, anaların başına bunun gəlməməsini istəyirik”, – mərhumun qohumu Samirə Zeynalova söyləyib.

Mərhumun dayısı bildirib ki, araşdırmalarının yekununu gözləyirlər:

“Hamı balasını çölə buraxmağa qorxur. Ehtimallar çoxdur, hərə bir söz danışır”.

Dostları isə deyir ki, Elgün heç vaxt mübahisəyə girən, davakar biri olmayıb.

Ətraflı Baku TV-nin süjetində:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600