Əli Əsədov qərar imzaladı

media-hightechnic-468x90

“Bələdiyyələrlə iş” informasiya sistemi haqqında əsasnamə təsdiqlənib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, bu Əsasnamə “Bələdiyyələrlə iş” informasiya sisteminin (BİİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

BİİS rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, BİİS-də saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edir.

BİİS-in sahibi və operatoru funksiyalarını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600