!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əli Əsədov sərəncam imzaladı - Komissiya yaradıldı

!Reklam – Yazi

Bu gün Baş nazir Əli Əsədov “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb.

Nazirlər Kabinetindən Yenicag.az-a verilən məlumata görə, Sərəncamda “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”inə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın formalaşması, bu sahədə strateji planlaşma və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə qərarlar öz əksini tapıb.

Sərəncama əsasən Baş nazirin sədrliyi, müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının iştirakı ilə Komissiya yaradılıb.

Komissiya “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirəcək.

Komissiyanın tərkibi aşağıdakı kimidir:

Komissiyanın sədri

Azərbaycan Respublikasının Baş naziri

Komissiya sədrinin müavini

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikasının ədliyyə naziri

Azərbaycan Respublikasının təhsil naziri

Azərbaycan Respublikasının səhiyyə naziri

Azərbaycan Respublikasının gənclər və idman naziri

Azərbaycan Respublikasının mədəniyyət naziri

Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri

Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.

www.yenicag.az

2250
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv