Reklam: High Technic
hightechnic

Əli Kərimli partiyasız qalacaq – AXCP EQTK-dan sədri sarsıdacaq açıqlama

Reklam: Sinerji Pro

refail becanovvv“Əli Kərimlinin cəbhəsini tərketmə prosesi kütləvi hal alacaq”.

Bu barədə “Olaylar”a AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Rəfail Becanov məlumat verib. Əli Kərimlinin cəbhəsindən AXCP EQTK-a müraciətlərin sayının çoxaldığını deyən R. Becanov, bu prosesin yaxın günlərdə intensiv xarakter alacağını bildirib: “Müraciətlər var, yeni müraciətlər də olacaq. Eyni zamanda bu müraciətlər intensiv xarakter alacaq. Bu barədə məlumatlar yaxın günlərdə mediada yayılacaq. İnsanlar çoxdan istədikləri, gözlədikləri bir prosesin başlanğıcındadırlar. Bu baxımdan da Əli Kərimlinin cəbhəsindən AXCP Etimad Qurultayı Təşkilat Komitəsinə olan müraciətlər təbii bir prosesin nəticəsidir. Çünki, hərəkat, mübarizə adamları, həyatlarını və fəaliyyətlərini demokratiyanın inkişafına, demokratik dəyərlərin oturuşmasına sərf edən adamlar bu gün olduqları təşkilatda tamamilə əks hallarla rastlaşıblar. Bu da insanları yeni prosesdə fəallıq göstərməsindən və təşkilatı anti-demokratik imicdən qurtarmasına çalışması niyyətindən irəli gəlir”. Rəfail Becanov AXCP təmsilçiliyinin AXCP EQTK-a verilməsi üçün Ədliyyə Nazirliyinə nə vaxt müraciət ediləcəyinə də aydınlıq gətirib. “Təşkilat Komitəsinin qurultayı təmsilçiliyin bizə verilməsi üçün aidiyyatı quruma müraciət olunacaq”, – deyə R. Becanov qeyd edib. (“OLAYLAR” İA)

www.yenicag.az

71