Əli Ömərov sədr seçildi
Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin toplantısı keçirilib. Cəmiyyətdən verilən məlumata görə, toplantıda təşkilati məsələlər müzakirə edilib.
Yenicag.az musavat-a istinadən xəbər verir ki, qurumun dönəm sədri dəyişib. İdarə Heyətinin üzvləri əvvəlki dönəm sədri Nurəddin Osmanlıya indiyə qədər göstərdiyi fəaliyyətə görə dərin təşəkkürünü ifadə ediblər. Daha sonra dövlət ədliyyə müşaviri, ordu generalı, sabiq baş prokuror Əli Ömərov yeni dönəm sədri seçilib. Məlumatda qeyd olunur ki, Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyəti saxta erməni genosidi, qarşıdan gələn I Yay Olimpiya Oyunları ilə bağlı da müzakirələr aparıb.