Əlillərlə bağlı Türkiyədən dəstək

media-hightechnic-468x90

thumb_lokman ayva_39“Bizim əlillər üçün gördüyümüz işlər və həyata keçirdiyimiz layihələr digər insanların ehtiyacı olduğu problemləri də həll etməyə qadirdir”.

Bunu Türkiyə Beyazay Dərnəyinin sədri Lokman Ayva, bu gün Bakıda keçirilən Türkiyə-Azərbaycan Beynəlxalq Əlillər Simpoziumu çərçivəsində jurnalistlərə açıqlamasında söyləyib.

Dərnək sədri, Azərbaycanda əlillərlə bağlı birgə layihələrin həyata keçirilməsini və təcrübələrin paylaşılmasının vacibliyini vurğulayıb:”Biz hər il belə tədbirlər və dostluq günləri həyata keçiririk. Türkiyə-Azərbaycan günü də məhz bu gün Bakıda həyata keçirilir. Hər iki tərəfdən nazirlər, millət vəkilləri bu tədbirdə iştirak edirlər. Biz bu tədbirlə gözəl anlaşmanın əldə edilməsinə çalışırıq. Tədbir çərçivəsində bir yerdə hansısa proqramların, layihələrin həyata keçirilməsi barədə qərarlar veriləcək”.

Lokman Ayva, noyabrın 28-də Bakıda keçirilən ikitərəfli görüşlərin yaxın gələcəkdə səmərə verəcəyinə inandığını dilə gətirib: “Biz bu görüşlər zamanı gördük ki, Azərbaycanda əlillərlə bağlı bir çox ölkələrdən təcrübə mübadiləsi aparılıb və mühüm nəticələr əldə edilib. Biz də bu məsələ ilə bağlı ölkənizə dəstək verməyə başlayacağıq və bəzi ehtiyacların təmin olunmasına çalışacağıq. Bizim də ehtiyaclarımız Azərbaycan vasitəsi ilə təmin ediləcək. Hər iki ölkənin özlərinə xas üstünlükləri və çatışmamazlıqları var. Bir ölkənin üstünlükləri, digər ölkənin çatışmamazlıqlarını həll etmək gücündədir. Hətta ticarət də bu sahəyə bağlıdır, yəni bu sahəni özəl sektora təqdim etmək istəyirik. Türkiyədə və Azərbaycanda əlillərin ticarətlə məşğul olmaları üçün gözəl şərait var. Bir sözlə, əlillərin cəmiyyətə inteqrasiyası və onların ehtiyaclarının qarşılanmaları üçün qarşıya çıxan fürsətləri qiymətləndirməmələrini təklif edirik”.

(az.salamnews.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600