!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Əlimə pul düşən kimi...” - Gənc aktrisa pulu ən çox nəyə XƏRCLƏYİR?

!Reklam – Yazi

“Pulumu anam saxlayır, özü də gizlin yerdə. Bilir ki, yerini bilsəm, o saat götürüb xərcləyəcəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında gənc aktrisa Rəbbilə Ələkbərzadə deyib.

Bir çox həmkarları daha çox geyimə, zinət əşyalarına pul xərclədiyi halda, Rəbbilə əksinə, ən çox yeməyə pul xərclədiyini bildirib. O, “daha çox nağd, yoxsa kartla ödənişə üstünlük verirsiz” sualını da cavablandırıb:

 

“Bəzən ifrat dərəcədə həm israfçı oluram, bəzən də əksinə yığımcıl. Baxır vəziyyətə. Bir də görürsən, əlimə pul gələn kimi xərcləyirəm. Buna görə də artıq pulum olanda anama verirəm və o məndən gizlin bir yerdə saxlayır. Bilir ki, yerini bilsəm, o saat götürüb xərcləyəcəm. Heç vaxt kartda pul saxlamıram, çünki bilirəm ki, xərcləyəcəm.

Əsasən kartla ödənişə üstünlük verirəm. Çünki bu yolla alış-veriş mənə daha rahat gəlir. Çünki bəzən nağd ödəniş üçün üstümdə pul olmaya bilər, o halda, kartla həll edirəm. Ümumiyyətlə, nəinki alış-verişdə bütün ödənişlərdə kartdan istifadə edirəm. Harasa getmək, pulu çıxarmağı əlavə zəhmət itkisi sayıram. Ən çox yeməyə pul xərcləyirəm. Geyim, aksessuar mənim üçün ikinci plandadır. Pulumun çoxu yeməyə gedir”.

Cəvahir

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv