Əliyar Ağayev Çempionlar Liqasının oyununu idarə edəcək

media-hightechnic-468x90

Azərbaycanın beynəlxalq dərəcəli futbol hakimi Əliyar Ağayev UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa təyinat alıb.

Yenicag.az xəbər verir ki, FIFA referisi sentyabrın 18-də Danimarkada “Kopenhagen” və Almaniyanın “Bayer” klubları arasında keçiriləcək ilk tur matçını idarə edəcək.

Onun köməkçiləri Zeynal Zeynalov və Akif Əmirəli, görüşün dördüncü hakimi isə Elçin Məsiyev olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa