Əliyevlə Sarkisyanın görüşü təxirə salındı

media-hightechnic-468x90

Ilha765sarkisanAzərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyanın Parisdə planlaşdırılan görüşü baş tutmayacaq.

Bu haqda Ermənistanın “Qraparak” qəzeti hakimiyyətdəki mənbəyə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparmaq üçün əvvəlcədən nəzərdə tutulan görüş yerini dəyişdiriblər.

“Paris artıq bu görüşün keçirilməsi üçün məqsədəuyğun məkan deyil”,-deyə qəzet qeyd edib.

Prezidentlərin görüşünün nə zaman və harada keçiriləcəi isə məlum deyil.

Qeyd edək ki, Prezidentlərin görüşünün dekabrın 1-də Parisdə keçiriləcəyi bildirilirdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600