Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elman Rüstəmov indi də Neft Fondunu “əridir” – 2 ayda 2,1 milyard dollar

ELMANİlin əvvəlindən Dövlət Neft Fondu daxili bazarda Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə banklara 1 milyard 145 milyon 600 min dollar satıb. Yenicag.az “Marja”-a istinadən xəbər verir ki, Neft Fondu Yanvarda 600 milyon dollar, Fevralda 177,5 milyon dollar, Martda isə 368,1 milyon dollar satıb.
Həmçinin Mərkəzi Bank hərraclar vasitəsilə valyuta ehtiyatlarından 990,4 milyon dollar satıb. Ötən ilin sonunda 5 milyard 16,7 milyon dollar olmuş valyuta ehtiyatları Fevralın sonunda 4 milyard 26.3 milyon dollara düşüb.
Bu ilin ötən dövründə hərraclar vasitəsilə banklara cəmi 2 milyard 136 milyon dollar satılb.

Azərbaycan Republikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı ildə manatla öhdəlikləri dövlət büdcəsinə transfer və digər öz xərcləri ilə birlikdə 8 milyard manata (4,9 milyard dollar) yaxındır. Bu halda Fond hər ay hərraca orta hesabla 400 milyon dollar çıxarda bilər. Nəzərə alınmalıdır ki, artıq Neft Fondu ötən 2,5 ayda həracda təxminən 1,1 milyard dollar valyuta satıb.

Mərkəzi Bankın 4 milyard valyuta ehtiyatları daxil, Neft Fondu və Mərkəzi Bank birlikdə bu il hərraca 8,9 milyard dollara yaxın vəsait çıxardıla bilər. Bu da hər ay hərraca orta hesabla 740 milyon doların çıxardılması deməkdir. Dollara aylıq təlabatın isə 1 milyard dollardan çox olacağı proqnozlaşdırılır.

Loading...

www.yenicag.az

388
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100