Elmar Məmmədyarov AŞPA-da çıxış edib

media-hightechnic-468x90

faa9037ab9011994a4de3f36d6c9504bAvropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının bugünkü plenar iclasında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib.

Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində AŞPA-də nitq söyləyən E. Məmmədyarov sədrlik etdiyi qurumun fəaliyyəti haqda assambleya üzvlərinə məlumat verib.

Nazir ilk olaraq Ukraynadakı böhran haqqında danışıb və AŞ NK-nin bu məsələ ilə bağlı xüsusi bəyanat verdiyini assambleya üzvlərinin diqqətinə çatdırıb. E. Məmmədyarov Azərbaycanın sədrliyi dövründə AŞ-nin Bakıda keçirilmiş tədbirləri, eləcə də gələn ay Bakıda keçiriləcək korrupsiyaya qarşı tədbirin hazırlıqları haqda məlumat verib. Azərbaycanda uğurla tətbiq olunan “ASAN xidmət”in fəaliyyətinə toxunan E. Məmmədyarov bu təcrübənin digər Avropa ölkələri üçün də faydalı ola biləcəyini bildirib.

Bu gün Azərbaycanda keçirilən Bakı Beynəlxalq Humanitar Forumu haqda da məlumat verən nazir bu tədbirin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi çərçivəsində təşkil edilmədiyini, lakin bu məsələnin də Azərbaycan üçün prioritet təşkil etdiyini söyləyib. O, Azərbaycanın sədrliyinin gələn ayın 15-də bitəcəyini xatırladaraq Azərbaycandan sonra quruma sədrlik edəcək Belçika və Bosniyanın fəaliyyətini dəstəkləyəcəklərini vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600