Elmar Məmmədyarov İƏT xarici işlər nazirlərinin toplantısında

media-hightechnic-468x90

İstanbulda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, məlumatı İƏT-in mətbuat xidməti yayıb.

İclas ev sahibi olan Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlunun sədrliyi ilə keçirilir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov toplantıda iştirak edir.

Nazirlər təşkilatın Qüds məsələsi ilə bağlı bu gün İstanbulda keçiriləcək fövqəladə zirvə toplantısının gündəliyini və sonda qəbul ediləcək yekun qətnaməsini müzakirə edirlər.

Qeyd edək ki, İƏT-in zirvə toplantısında ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması haqqında qərarı və bu qərardan sonra yaranmış vəziyyət müzakirə olunacaq.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05