!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Elmar Məmmədyarov xorvatiyalı həmkarı ilə görüşdü - FOTO

!Reklam – Yazi

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirakı çərçivəsində Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə görüşüb.

Yenicag.az xəbər verir ki, nazir Elmar Məmmədyarov xorvatiyalı həmkarını Xarici İşlər naziri təyinatı ilə bağlı təbrik edib.

Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi apardılar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu.

Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı və nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət etdi.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv