Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Elmar Məmmədyarovun nazir ömrünün bitməsinə sayılı günlər qalır” – Partiya sədrindən PROQNOZ

Reklam: High Technic

“Prezidentin, xalqın etimadını doğrultmayan məmurlara qarşı sərt tədbirlər görülür və bundan sonra da görüləcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında son günlər bir sıra nazirlik və başqa dövlət qurumlarında aparılan yoxlamalara, o cümlədən, məmur həbslərinə münasibət bildirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri bildirib ki, yoxlama aparılan nazirliklərdə birinci şəxslərin kənarda qalması, idarə rəhbərlərinin və digər şəxslərin həbs olunması zamanla özünü büruzə verəcək:

“Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən hələlik yalnız iki nazirlikdə əməliyyat aparılıb. Həmin əməliyyatlardan sonra mədəniyyət naziri Əbülfəs Qarayev tutduğu vəzifəsindən uzaqlaşdırılıb. Yəni Mədəniyyət Nazirliyində aparılan əməliyyat nazirin özündən də yan keçmədi. Adam 26 illik nazir karyerasını olduqca xoşagəlməz bir sonluqla bitirməli oldu.

DTX-nin cəmiyyətdə böyük rezonans doğuran və hər kəs tərəfindən rəğbətlə qarşılanan ikinci operativ əməliyyatı isə Xarici İşlər Nazirliyində aparılıb və bu əməliyyat nəticəsində sözügedən nazirliyin vəzifəli şəxsləri arasında saxlanılanlar var. Bu əməliyyatdan sonra çox böyük ehtimalla, Elmar Məmmədyarovu da keçmiş həmkarı Əbülfəs Qarayevin aqibəti gözləyir.

Bu qədər böyük korrupsiya və rüşvət faktlarının üstünün açılmasından sonra inanmıram ki, Məmmədyarov bundan sonra özünü heç nə baş verməyibmiş kimi aparsın və nazir postunda qalsın. Hesab edirəm ki, Məmmədyarov “sudan quru çıxa” bilməyəcək.

Onun nazir ömrünün bitməsinə sayılı günlər və ya həftələr qalır. Sadəcə olaraq, bir az zamana ehtiyac var. Çünki DTX-nin əməliyyatının gedişində üzə çıxan faktlar araşdırılmalı, təhqiqat aparılmalı, bütün ehtimallar yoxlanılmalı və öz təsdiqini tapmalıdır. Yalnız bundan sonra Məmmədyarovun istefaya göndərilməsi barədə siyasi qərar verilə bilər”.

Əlisahib Hüseynov vurğulayıb ki, bütün hallarda Məmmədyarovun dövrü artıq bitmək üzrədir. O, Qarabağ Münaqişisinin ədalətli həlli ilə bağlı keyfiyyətli, effektiv diplomatiya yürüdə bilmədi və ümidləri doğrultmadı:

“Prezidentin, xalqın etimadını doğrultmayan məmurlara qarşı sərt tədbirlər görülür və bundan sonra da görüləcək. Vətəninə, dövlətinə, xalqına ləyaqətlə xidmət etməyənlər və ya xəyanət yolunu tutanlar əvvəl-axır öz layiqli cəzalarını alacaqlar. Səhlənkarlıq göstərənlər, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlər də postları ilə vidalaşmalı olurlar”.

Gülşən Şərif

www.yenicag.az

841