Elmar Vəliyev deputat müavinini işdən çıxardı

media-hightechnic-468x90

elmar_veliyev_esasGəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev vəzifəsindən azad olunub.

Onun vəzifədən çıxarılması haqqında əmri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev imzalayıb.

N.Həmzəyevin yerinə təyinat olmayıb və hazırda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsi boşdur.

Qeyd edək ki,1983-cü il təvəllüdlü N.Həmzəyev 2015-ci ilin martın 19-dan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, noyabrın 1-də keçirilən parlament seçkilərində Gəncənin 38-saylı Nizami birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasını təmsil edir. Qanunvericiliyə görə, Milli Məclisin deputatı icra hakimiyyəti strukturunda vəzifə tuta bilməz.

N.Həmzəyev YAP-ın Gəncə şəhər təşkilatının sədridir(report).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600