Elmar Vəliyevin sui-qəsddən sonra ilk VİDEOSU yayıldı

media-hightechnic-468x90

Elmar Vəliyevin sui-qəsddən sonra ilk videosu yayılıb.

Yenicag.az xəbər verir ki, Musavat.com-un elektron poçtuna göndərilmiş bu şəxsin Gəncənin 51 gün öncə sui-qəsdə məruz qalmış başçısı Elmar Vəliyev olduğu bildirilir. Göründüyü kimi, o, lüks bir otaqda (otel və ya klinika) oturub və iştahla yemək yeyir. Doğrudur, görüntülərdə əks olunan şəxsin E.Vəliyevə oxşarlığı çoxdur, amma yenə də birmənalı demək çətindir ki, bu, odur, yoxsa oxşarıdır.

Videodakı şəxsin başındakı kepka da başçının tanınmasını bir qədər çətinləşdirir. Bilmək olmur ki, bu kepka Vəliyevin başındakı yaranın izini örtmək üçün nəzərdə tutulub, yoxsa oxşarlığı artırmaq, yaxud da fərqliliyi azaltmaq üçün.

Hər halda belə bir video yayılıb və iddia olunur ki, bu, sui-qəsdə məruz qalmış başçınını ən son videogörüntüləridir.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600