Laricani sui-qəsdi: Onun ölümü İranda nələri dəyişəcək?

media-hightechnic-468x90

Yaxın Şərq üzrə mütəxəssis, qlobal müdafiə yazarı Eylem Okumuş, xüsusi olaraq “Yeni Çağ” üçün

media-banner_tuq

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi ölkənin siyasi və təhlükəsizlik strukturuna birbaşa zərbədir. Əli Xameneidən sonrakı dövr üçün həssas olan güc balansı Laricaninin itkisi ilə daha da kövrək hala gəlib. Laricani böhran anlarında müxtəlif güc mərkəzlərini bir araya gətirərək dövlətin sabitliyini təmin edə bilən nadir fiqurlardan idi. Onun itkisi təkcə boşluq yaratmaqla qalmaya, zəncirvari daxili eroziya prosesini tətikləyə bilər.media-d15c7480-7adc-41c0-9981-babc05fcd107

Gələcək dövrdə qurumlar müxtəlif çətinliklərlə üzləşə, qərar qəbul etmə mexanizmləri ləngiyə, bölmələr arasındakı etimad zədələnə və hər bir qurum öz sahəsini qorumağa köklənə, kənardan möhkəm görünən struktur daxildən çatlamağa başlaya bilər. Bu cür boşluqlar təkcə hərbi müdaxilələrlə doldurula bilməz, koordinasiya və idarəetmə potensialındakı çatışmazlıq ciddi axsamalara yol aça bilər.

Kəşfiyyat və təhlükəsizlik sahəsində də qırılma ehtimalı var. Əgər həm MOSSAD, həm də MKİ (CIA) kimi xarici aktorlar yüksək səviyyəli hədəflərə çata bilirlərsə, deməli, daxildə sızıntılar və sədaqət problemləri mövcuddur. Bu vəziyyət dövlətin, ilk növbədə, öz daxilində zəifləməsinə səbəb ola, xarici təzyiq isə bu prosesi sürətləndirə bilər.

Laricaninin yoxluğu davam edən müharibədə də öz təsirini göstərə bilər. Qərar qəbul etmə müddətindəki gecikmələr sahədəki əməliyyatların effektivliyini məhdudlaşdırır və səhvlərə yol aça bilir. Daxili rəqabətin artması SEPAH, siyasi elita və dini avtoritet arasındakı koordinasiyanı poza, resurslardan istifadə səmərəsizləşə və birliklərin uyğunluğu pozula bilər. Daxili mənəviyyat və lider qətiyyəti zəifləyə bilər ki, bu vəziyyət strateji səhvləri və yanlış hesablamaları qaçılmaz edir.

Regional müstəvidə İran daha təcavüzkar bir mövqe nümayiş etdirə bilər. Təhdidlər, hərbi təlimlər və raket sınaqları xaricə güc nümayişi kimi əks olunacaqdır. Lakin daxildəki kövrəklik və koordinasiya çatışmazlığı bu addımların effektivliyini məhdudlaşdıra bilər. Strateji qərar qəbul etmə qabiliyyətindəki əskiklik xətalı qiymətləndirmələrə və nəzarətsiz gərginləşmələrə yol aça bilər.

Nəticə etibarilə, Laricani təkcə bir siyasətçi deyil, sistemin koordinasiya və balans elementlərindən biri idi. Onun itkisi ani çöküş gətirməsə də, qarşıdakı dövrdə dərin və qalıcı eroziya yaratma ehtimalı yüksəkdir. Dövlət ayaqda qala bilər, lakin refleks və koordinasiya çatışmazlığı səbəbindən kövrək və müdafiəsizdir. Bu vəziyyət daxildən başlayan və görünməyən bir parçalanma prosesinə işarə edir və həm daxili sabitlikdə, həm də müharibədə həlledici təsirlər yarada bilər.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05