Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elnur Nağızadənin həbsi barədə qərar verildi

nagizade hebs 4 ayTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə barəsində qiyabi həbs qərarı verilib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, həbs qətimkan tədbirinin seçilməməsinə səbəb E.Nağızadənin Azərbaycanda olmaması göstərilib.

Beləliklə, E.Nağızadə barəsində dörd aylıq qiyabi həbs qərarı qəbul olunub.

Qeyd olunur ki, hüquq-mühafizə orqanlarına E.Nağızadə ilə bağlı daxil olan şikayət əsasında Baş Prokuror yanında Korripsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə cinayət işi başlanıb.

Belə ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.

Qeyd edək ki, E.Nağızadə beş ildən artıq TQDK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. O, bu ilin yanvar ayında vəzifəsindən azad edilib.


Отправлено из Быстрого блокнота

Loading...

www.yenicag.az

470
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100