Elşən Cəbrayılov əməliyyat olundu

media-hightechnic-468x90

86746gfbrgtrAkademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Elşən Cəbrayılov əməliyyat olunub.
Yenicag aznews-a istinadən xəbər verir ki, bu barədə report-a Elşən Cəbrayılov özü məlumat verib.

Aktyorun öd kisəsi götürülüb. O, əməliyyatın uğurlu keçdiyini bildirib. Hazırda aktyor özünü normal hiss edir.

“Hazırda əməliyyat olunduğum özəl klinikadayam. Əslində, bura “check-up” (tam müayinə – red.) etdirmək üçün gəlmişdim. Ümumi müayinə zamanı məlum oldu ki, öd kisəm çox şişib və ciddi problem yarana bilər. Ona görə də təcili əməliyyat olundum. İndi özümü normal hiss edirəm. Bu gündən yavaş-yavaş gəzməyə başlamışam. Sabah məni evə yazacaqlar.

Yəqin ki, bir-iki həftəyə sağalaram. Sonra teatra qayıdıb, tamaşalarımı oynamağa davam edəcəm”.

Qeyd edək ki, Elşən Cəbrayılov mərhum aktyor Şahin Cəbrayılovun oğludur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600