!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Elzanın hədələdiyi şairlər onun ağzını "tikdi" 

!Reklam – Yazi

“Show time” verilişində qonaq olan əməkdar artist Elza Seyidcahan iki tanınmış şairi – Sabir Rüstəmxanlı və Baba Vəziroğlunu məhkəməylə hədələyib. Səbəb hər iki şairin ARB-də Rövşanə Ağasəfqızının təqdimatında yayımlanan “Düz bazar” verilişində onun şeirləri barədə söylədiyi tənqidi fikirləri olub.

Yenicag.az məhkəmə ilə hədələnən şairlərin fikirlərini öyrənib.

Şairlər Elzanın cavabını elə elzasayağı verdilər.

Xalq şairi Sabir Rüstəmxanlının cavabı qısa oldu:

“Elza Seyidcahan barədə bir verilişdə (ARB-də “Düz bazar” adlı verilişdə – C) söhbət oldu, mən də dedim ki, o müğənni bu verilişdə müzakirə mövzusu ola bilməz. Bu söhbətə də bir daha qayıtmaq istəmirəm. İnanmıram ki, o xanım mənim barəmdə belə bir söz desin. Yalandı”.

“Siz Elza Seyidcahanın şeirlərini bəyənirsinizmi?” sualına isə Sabir bəy belə cavab verdi:

“Elza Seyidcahan mənim üçün müzakirə mövzusu deyil”.

Saytımıza açıqlama verən Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun isə Seyidcahanın bu addımına reaksiyası belə oldu:

“Elza Seyidcahan onun şeirini bəyənmədiyi üçün kimisə məhkəməyə verə bilməz. Bu, gülməlidir. Ona qalsa bu gün cavan şairlər dünyasını dəyişən məşhur yazıçılar və şairlər barədə hədyan sözlər danışır. Onda gərək həmin yazarlarımız qəbirdən xortlayb, o cavanları məhkəməyə versin? Birincisi, mən Elza Seyidcahanın şeirlərini oxumamışam. Çünki Elza xanım özü də deyir ki, çoxları onun şeirlərinə nəzirələr yazır, hamısı da bir-birinə oxşayır. Mən bilmirəm axı o şeiri Elza xanım yazıb, ya başqası, buna görə də oxumamışam. Digər tərəfdən, Elza xanım o halda məhkəməyə müraciət edə bilər ki, kimsə onun şəxsiyyətinə, şərəf və ləyaqətinə toxunsun. Məndən niyə müsabiqədə Elza Seyidcahanla eyni münsif kürsüsündə əyləşdiyimi soruşdular. Cavab verdim ki, bu məsələ layihə rəhbərinin səlahiyyətində olan qərardır, mən kiməm ki? Buna görə Elza xanım məndən niyə incisin axı?! Heç mən də ondan incimirəm. Burdan ona deyirəm ki, sənə eşq olsun, Elza xanım”.

Cəvahir

www.yenicag.az

10177
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv