Əməkdar artist: “Bəzi ifaçılarla eyni verilişə dəvət olunanda…”

media-hightechnic-468x90

“Elə ifaçılar var ki, onlarla eyni verilişə dəvət olunanda yanlışlıq baş verir. Aparıcıların işidir də, qalmaqal yaratmaq…”

Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, əməkdar artist Elnur Zeynalov “Günə uğurla” verilişində deyib.

Muğam ifaçısı hər müğənni ilə efirə çıxmadığını bildirib və bunun səbəbini də açıqlayıb:

“Məsələn, ikinci muğam müsabiqəsinin iştirakçıları ilə bir efirə çıxmaq bizdə alınır. Heç kimin sənəti ilə işim yoxdur, Allah hər kəsə müəyyən ölçüdə sənət verib. Amma müəyyən ifaçılar var ki, onlarla biz eyni verilişə dəvət olunanda yanlışlıq baş verir. Aparıcıların işidir də, qalmaqal yaratmaq. Buna görə də, hər kəs öz yerində gözəldir. Məsələn, mən bu gün bu yaşda, bu başda, bu ifa tərzimdəyəmsə, öz yerimdə olsam, daha gözəldir. Gedib cavanlarla efirə çıxım, bu, məndə alınmır. Mənim öz tələbələrim var. Onlarla çıxmaqdansa elə öz tələbələrimlə verilişə çıxaram, daha yaxşı olar. Xalqımıza yeni səslər tanıtmış, milli musiqimizə yeni töhfə vermiş olarıq. O nöqteyi-nəzərdən… Yoxsa ki, mənim heç kimlə işim yoxdur”.

Nehru

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa