Bir çox həmkarlarından fərqli olaraq, əməkdar artist Dilarə Əliyeva filmlərdə çirkin obrazlara çəkilməkdən qorxmadığını deyir.
Yenicag.az-a açıqlama verən aktrisa onun üçün obrazın görüntüsünün əhəmiyyət daşımadığını bildirib:
“Peşəkar aktrisa istənilən rolun öhdəsindən gəlməyi bacarmalıdır. Lazımdırsa, çirkinləşməli, lazımdırsa, gözəl görünməlidir. Mən “Planet Parni iz Baku” KVN Teatrının Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri əsasında çəkdiyi “Ölülər XXI əsr” filmində “Mərziyə” obrazında o qədər çirkinləşdim ki, görənlər məni tanımadı. Çox qəribədir ki, “Mərziyə”ni bu halı ilə tamaşaçılar çox sevdi. Deyim ki, mənə bu obrazı tapşıranda bir qədər fərqli rol idi. Mən özüm “Mərziyə”ni istədiyim kimi oynamağı təklif etdim. “Mərziyə” ərə getməyən savadsız kənd müəlliməsidir. Həm də çox çirkindir. Mən ilk dəfə “Mərziyə”ni ekranda görəndə şok oldum. Dəhşətli dərəcədə çirkin idim. Amma aktrisa kimi bu məni narahat etmədi”.
Cəvahir
www.yenicag.az