!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artistin ƏN BÖYÜK ARZUSU: “Dovşan ilində əlimə pul gəlsə…”

!Reklam – Yazi

“İnternetdə baxdım, dovşan ili mənim üçün düşərli olacaq. Əlimə pul gələcək”.

Bunu  qarşıdan gələn Dovşan ilindən gözləntiləri barədə danışarkən tanınmış aktyor, Əməkdar artist Rəhman Rəhmanov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor bu il yırtıcı Pələngin pəncəsinə tuş gəlmədiyi üçün sevincini də gizlətməyib:

“Pələng ili yırtıcı, təhlükəli heyvan sayıldığından ehtiyat edirdim. Amma xoşbəxtlikdən mənimlə işi olmadı. Pələngin pəncəsindən qurtuldum. Səhhətimdə ciddi problemlər olmadı, sakit bir il keçirdim. Yüksək uğurlarım olmasa da, narazılığım da olmadı. Qarşıdan Dovşan ili gəlir. Artıq internetdə bu barədə məlumatlar toplamışam. Dovşan özü qorxaq, sakit hevandır. Heç kimlə işi yoxdur. Proqnoza görə buğa bürcündə doğulanlar üçün Dovşan uğur gətirəcək, ruzili, pullu il olacaq. Buğa bürcündə doğulan bir insan kimi mənim də əlimə pul-para, var-dövlət gələcəyinə inanıram. Artıq planlarım da var. Əgər Dovşan mənə pul gətirsə, ilk növbədə avtomobilimi dəyişəcəm. Çünki maşınım artıq köhnəlib. Bir də yay fəslində ürəyim istəyən kimi bölgələrimizdə dincəlmək arzusundayam. Pulum olsa, həyat yoldaşımı da götürüb dncəlməyə gedəcəm. O da qalıb Dovşanın insafına…”

Cəvahir

COP29

www.yenicag.az

328
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv