Əməkdar artist, tanınmış aktyor Rasim Cəfərin ssenarist həyat yoldaşı Reyhan Cəfər ailə sirlərini bölüşüb.
Yenicag.az xəbər verir ki, R.Cəfər həyat yoldaşından gileylənib:
“Yanaram, ölərəm, sənə zəng edib deyə bilmərəm ki, bu dərdim var. Deyirəm, bəlkə mən ölürəm, sən təcili lazımsan. Deyir, neyniyim e, çəkiliş gedir. Nə deyim, susuram”.
Reyhan Cəfər tədbirlərə, toylara, məclislərə də tək getdiyini bildirib.
Aparıcı “seriallara nə qədər ssenari yazsanız da, belə çıxır ki, evdə ssenarini Rasim Cəfər yazır” deyə cütlüyə söz atıb.
Nehru
www.yenicag.az