Əməliyyatların yeganə MƏQSƏDİ: “Bu, baş vermədiyi vaxta qədər sülh ola bilməz” - HƏRBİ EKSPERT

media-hightechnic-468x90

“Əməliyyatların yeganə məqsədi ərazilərimizdən erməni işğalçılarının təmizlənməsi və orada Azərbaycan dövlət qurumlarının fəaliyyətinin bərpa edilməsindən ibarətdir”.

Bunu sülh əvəzinə gərginliyə meyil edən separatçıların gələcək taleyindən danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Qarabağın qanunsuz erməni silahlılarından təmizlənməsi üçün əməliyyat keçirilməsini istisna etmək olmaz:

“Biz “Qisas” əməliyyatının başlanmasını elan etdik. Lakin bu əməliyyat bitməyib. “Qisas” əməliyyatının davamı, yaxud ikinci mərhələsi həyata keçirilə bilər. Bu əməliyyatlar Azərbaycanın hüququdur.

Əməliyyatların yeganə məqsədi isə ərazilərimizdən erməni işğalçılarının təmizlənməsi və orada Azərbaycan dövlət qurumlarının fəaliyyətinin bərpa edilməsindən ibarətdir. Rus kontingentinin müvəqqəti fəaliyyət göstərdiyi ərazilərdən qanunsuz silahlı birləşmələr təmizlənmədiyi vaxta qədər bölgədə sülh bərqərar ola bilməz”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600