Emin rus aparıcıları onlarla əvəzlədi

media-hightechnic-468x90

İyulun 23-26-da Bakıda keçiriləcək “Dream Fest” musiqi festivalının proqramında, o cümlədən aparıcıların tərkibində dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bu barədə festivalın mətbuat xidmətindən RBK-ya bildirilib.

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 29 iyun tarixli rəsmi xəbərdarlığı ilə əlaqədar festivalın proqramına, o cümlədən aparıcıların tərkibinə dəyişiklik edilib”, – məlumatda deyilib.

Qeyd edək ki, tədbirin aparıcıları kimi rusiyalı artistləri – Regina Todorenko və Miloş Bikoviçi – azərbaycanlı aktyor və teleaparıcı Murad Dadaşov, eləcə də prodüser və teleaparıcı Hüsniyə Məhərrəmova əvəzləyib.

Xatırladaq ki, “Dream Fest”in təşkilatçısı xalq artisti Emin Ağalarovdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600