Əmlak bazarında İpoteka TƏLƏSİ: Qıtlıq Zığ və Günəşlidə qiymətləri necə ARTIRIR?
Bakının mərkəzi və mərkəzə yaxın hissəsində ipoteka predmetinə çevrilə biləcək evlərin sayında ciddi azalma var.
Bunu Yenicag.az-a açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

O, son 4-5 ilin statistikasına əsasən, satılan əmlakların 60 faizinin ipoteka ilə satıldığını qeyd edib.
Ekspert bildirib ki, ipoteka predmetinə çevrilə bilən evlər köhnə tikilidirsə 9 mərtəbəli, yeni tikilidirsə çıxarışlı mənzil olmalıdır.
“Bakı ətrafı ərazilərə baxdıqda Zığ və Günəşli ərazisindəki evlərin əksəriyyəti köhnə, 9 mərtəbəli binalardır. Bu səbəbdən həmin mənzillər ipoteka predmetinə çevrilə bilir. Yekun olaraq, bu ərazilərə tələbat artdıqca, mənzillərin qiymətində artım baş verir.
Bakı ətrafı ərazilərdə, o cümlədən Xırdalan ərazisində bir çox fərdi evlərin çıxarışının olmaması, həmin mənzillərin satışı üçün problem yaradır,” – deyə o qeyd edib.
Ətraflı videomaterialda:
Samir Məcid












