Emma Ələkbərzadə cavabsız qalmadı
“Toylara yox de” aksiyasına qarşı aqressiv münasibət sərgiləyən müğənni Elmir Ələkbərzadəyə aksiya təşkilatçıları tərəfindən ironik cavab verilib:
“Emma Ələkbərzadə bizi bağışlasın
#toylarayoxde haştağını yaradan yazarların ANS efirindəki bugünkü çıxışı sosial şəbəkələrdə və mediada müzakirəyə səbəb olub. Məsələ ilə bağlı yazan müğənni Emma Ələkbərzadə öz facebook səhifəsində toylara etiraz edən qələm adamlarını sərt tənqid edərək, onları xəstə adlandırıb. Müğənninin statusu ilə bağlı yazarların münasibəti belə oldu: “Biz bu aksiyaya start verəndə Emma Ələkbərzadə kimi görkəmli mədəniyyət xadiminin bu qədər kəskin reaksiya verəcəyini gözləmirdik. Onun yüksək etika, dərin zəka və çevik təfəkkürlə yazdığı açıqlamanı oxuyanda xeyli mütəəssir olduq. İnanın, bilsək bəlkə də bu aksiyaya başlamazdıq. Nədən ki, böyük müğənnimiz narahat olmasın və qızıldan qiymətli vaxtını belə faydasız işlərə həsr etməsin. Hələ, onun əsəbiləşməsini, həyəcanlanaraq səhhətini riskə atmasını demirik… Dəyərli ifaçımızı əmin edirik ki, xəstəliyimizlə bağlı tezliklə həkimə müraciət edəcəyik. Çoxlu toylar arzusuyla, görüşənədək.”
#toylarayoxde haştağınının
İnformasiya təminatı şöbəsinin
Media ilə iş sektoru”