2017-ci ildə “Formula-1” qran prisi ziyarətçilərinin sayı orta hesabla 8 faiz artıb.
Yenicag.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Statistikaya görə, promoterlər tərəfindən təqdim olunan auditoriya 20 yarışdan 13-də artıb, ümumi tamaşaçı sayı isə 4 milyon nəfəri ötüb.
60 min nəfərlik ən böyük artım Kanada və Avstriyada qeydə alınıb, nisbi rəqəmlərdə özünü ən yaxşı tərəfdən göstərən ölkə isə Azərbaycan olub. Azərbaycanda 2016-cı il mövsümü ilə müqayisədə tamaşaçı sayı iki dəfə artıb.
Ən yaxşı mütləq davamiyyət Böyük Britaniya qran pprisində qeydə alınıb — 344 500 nəfər.
Tamaşaçı sayında ən çox azalma ABŞ-ın Ostin şəhərində keçirilən qran pridə qeydə alınıb. Burada tamaşaçı sayı 2016-cı il mövsümü ilə müqayisədə 11 889 nəfər az olub.
Qran prinin üç günündə orta davamiyyət 203,570 nəfər təşkil edib, yəni yarışlara bir gündə orta hesabla 76 722 min nəfər gəlib.