Ən kiçik raketin orbitə buraxılışı uğursuz oldu

media-hightechnic-468x90

Yaponiyanın istehsal etdiyi dünyanın ən kiçik peyk daşıyan SS-520-4 tipli raketin orbitə buraxılışı uğursuz olub.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Kiodo” agentliyi məlumat yayıb.

Məlumata görə, daşıyıcı raket buraxıldıqdan bir müddət sonra dənizə düşüb. Raketin ikinci bölməsində yanacağın alışmadığı ehtimal olunur.

Qeyd edək ki, NHK telekanalı bundan əvvəl peyk daşıyan ən kiçik raketin orbitə uğurlu buraxılışının həyata keçirildiyini bildirmişdi.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600