!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ən yüksək balla top universitetə qəbul qazanan qız bu şəxsin övladı imiş - FOTOLAR

!Reklam – Yazi

Yüksək nəticələr əldə edərək, dünyanın nüfuzlu universitetlərinə üz tutan və qəbullar alan gənclərimizin sayı ildən-ilə artmaqdadır. Onlardan biri də tanınmış politoloq, tarixçi-alim Anar Əliyevin qızı Pərvindir. Pərvin bu il Azərbaycandan ən yüksək SAT (Scholastic Aptitude/Assessment Test) max 1600 baldan – 1550 bal göstəricisiylə Kanadanın UBC universitetinə (“The University of British Columbia”) qəbul qazanıb.

Dünyanın top 35-ci universiteti olan UBC bir çox istiqamətlərdə, eləcə də Pərvinin seçdiyi fizika-astrofizika sahəsində dünya ilklərində yer tutur. İngilis dili biliklərini müəyyən etmək üçün TOEFL və İELTS imtahanlarında müvafiq olaraq 107 və 8.0 nəticə əldə edən P.Əliyeva, həmçinin Fransanın “Ecole Polytechnique”, Türkiyənin Koç kimi yüksək reytinqli universitetlərinə qəbul olunub.

Pərvin deyir ki, Koç Universitetindən 100 faiz burs əldə edib: “Universitet yetkililəri ilə yazışmalar zamanı bildirildi ki, universitet hər il bir ixtisas üzrə yalnız bir iddiaçıya 100 faiz güzəşt imkanları tanıyır və dünya üzrə fizika fənnindən builki güzəşti mən qazanmışam. Əlavə bir neçə ölkədən və universitetdən qəbul gözləsəm də, artıq seçimimi etmişəm – bu, dünyanın top 35-ci universiteti olan UBC-dir”.

Pərvində oxumağa, elmə marağı hələ uşaq yaşlarından atası yaradıb: “Atam da məktəb illərində tarix və siyasi elmlər olimpiadalarında iştirak edib, respublika 3-cüsü olub. Bilik yarışmalarına, olimpiadalara marağımın formalaşmasında atamın böyük rolu var. Hələ 8-ci sinifdə oxuyarkən Respublika fənn müsabiqəsinə qatıldım və fizika üzrə ölkə üçüncüsü oldum. Həmin il Heydər Əliyev adına Müasir Təhsil Kompleksinə keçirilən qəbul imtahanlarında iştirak etdim və birinci nəticə ilə təhsilhaqqı ödənişlərindən 100 faizli güzəşt qazandım”.

Pərvin sonrakı təhsil illərində bir çox yarışlara və olimpiadalara qatılaraq yüksək nəticələr əldə edib. UFAZ-da keçirilən Earth Science Intellectual Competition-da 1-ci, Purple Comet Math Meet-də 1-ci, Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqəsində 2-ci, Brain Ring yarışmasında 2-ci, STEM olimpiadasında dünya üzrə 8-ci, beynəlxalq Aviasiya, Kosmos və Texnologiya festivalı – “Teknofest Azərbaycan” yarışmasında 3-cü yerləri qazanıb.

Pərvin məktəb illərində ictimai və sosial fəaliyyətdə də aktiv olub. 5-ci Ümumrespublika Uşaq Forumunda iştirak edərək, panel iclasda çıxışçı olub. Fizika, riyaziyyat, eləcə də astrofizikaya xüsusi marağı olan Pərvin Şamaxı Astrofizika Rəsədxanasında elmi müəssisənin rəhbəri akademik Namiq Cəlilov və akademik Əyyub Quliyevin rəhbərliyi altında ayrı-ayrı vaxtlarda xüsusi proqram keçib, astrofizika, planetlər, kosmosla bağlı təcrübə proqramlarına qatılıb. Hər iki alim Pərvinin bu sahəyə marağını və bacarıqlarını yüksək qiymətləndirərək təhsilini tanınmış universitetlərdə davam etdirməsinə dəstək məqsədilə tövsiyə məktubları yazıblar.

Az yaşında böyük nailiyyətlərə imza atmağı bacaran P.Əliyeva “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”na qatılaraq müsahibə mərhələsini də keçib və səbirsizliklə təhsilini Kanadada davam etdirəcəyi günü gözləyir.

 

www.yenicag.az

211
Ads
www.veteninfo.com
!Reklam – Arxiv