Energetiklərə medallar təqdim edilib

media-hightechnic-468x90

загруженное (7)Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 2014-cü il 18 oktyabr tarixli Sərəncamı ilə Azərbaycanda energetika sahəsində səmərəli fəaliyyətlərinə görə Energetika Nazirliyinin bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib. Bu münasibətlə nazirlikdə mükafatların təqdim olunmasına həsr olunmuş mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən  bildiriblər ki, energetika naziri Natiq Əliyev təltif olunan əməkdaşları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi islahatların ölkə iqtisadiyyatının sürətli inkişafına yol açdığını deyən nazir energetiklərin onlara göstərilən etimadı bundan sonra da layiqincə doğruldacağına və nailiyyətlərin davamlı olacağına əminliyini ifadə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600